HAQIMIZDA
“NOWP Group” şirkətlər birliyi Azərbaycan əczaçılıq bazarında xüsusi mövqeyə malik bir şirkətdir. Şirkət Azərbaycan əczaçılıq bazarında geniş preparat portfeli ilə çıxış edir.
2007-ci ildə fəaliyyətə başlayan, Mərkəzi ofisi Birləşmiş Krallığın paytaxtı London şəhərində yerləşən “NOWP Group” şirkətlər birliyi Azərbaycan əczaçılıq bazarına 2010-cu ildə daxil olmuşdur. Şirkətin 2 mərkəzi regional ofisi mövcuddur, Avropa Ölkələri: İtaliya, İspaniya, Fransa, Portuqaliya, Rumıniya, Bolqarıstan, Ukrayna, Moldova üzrə mərkəzi ofis Londondan idarə olunur, Asiya ölkələri üzrə Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Litva, Estoniya, Gürcüstan və Azərbaycan Riqadan idarə olunur. Şirkətin əsas fəaliyyət sahəsi məlum komponentlərin unikal kombinasiyalarının hazırlanması və insanlara çatdırılmasıdır. Şirkətin məhsul portfelinə bioloji fəallığa malik qida əlavələri ilə yanaşı, kimyəvi tərkibli dərman preparatları da daxildir. Avropa və dünyanın tanınmış istehsalçı zavodlarından olan Gricar, Bioindustria, Doppel Farmaceutici, Benedetti, Special Product’s, Arapharma, Primea Limited, Herb-Pharma, Primea Sia kimi şirkətlərlə sıx işgüzar əməkdaşlıq edən “NOWP Group” şirkətlər birliyi yüksək keyfiyyətli məhsullarla xalqımızın sağlamlığının keşiyində durur. Keyfiyyətin əsas göstəriciləri keyfiyyətli xammal, yüksək hazırlanma texnologiyası və saxlanma şəraitindən irəli gəlir. Beləliklə, yüksək hazırlanma texnologiyası, Avropa standartlarına cavab verən anbar sistemi və operativ təminat hesabına “NOWP Group” şirkətlər birliyinin məhsulları Azərbaycan əczaçılıq bazarında liderlik edir. “NOWP Group” məhsulları tibbin bütün sahələrini əhatə edir. Ali təhsilli əczaçılar və həkimlərdən ibarət içşi kollektivi bu günün tələblərinə uyğun preparataların ölkəmizə gətirilməsi, yeniliklərin həkimlərə çatdırılması və xəstələrin şəfa tapması üçün yorulmadan çalışır. Beləliklə, şirkət pasiyentlərin tələblərini qarşılamaq üçün müalicə sahəsinə inkişaf gətirir.
Şirkətin əsas prinsipi: “Yüksək keyfiyyətli məhsullar, hər kəs üçün əlçatan olmalıdır!”
“NOWP Group” şirkətlər birliyi fəaliyyəti dövründə ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirakı ilə seçilmişdir. Dövlət və dövlətçilik ideallarını hər şeydən üstün tutmuşdur.
Həmçinin, “NOWP Group” şirkətlər birliyi həkimlərinin xaricdə təhsil almalarını, konfrans və simpoziumlarının təşkilini həyata keçirir.
“NOWP Group” şirkətlər birliyi xalqımızın sağlamlığı üçün çalışmaqla yanaşı bir sıra xeyriyyəçilik işlərinə də imzasını atmışdır.
Dinamik inkişaf xəttini prioritet tutan “NOWP Group” şirkətlər birliyi gələcəkdə də xalqımızın sağlamlığı və effektiv müalicəsi üçün yorulmadan çalışacaq!